adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Sentyabr 2020 09:01
102582
MARAQLI
A- A+

Keçi polis avtomobilinə girib sənədləri yedi

ABŞ-ın Corcia ştatının Duqlas bölgəsində qeyri-adi hadisə baş verib. 

Bununla bağlı TMZ məlumat yayıb. 

Polis avtomobilinə girən keçi bütün sənədləri yeyib. 

Nəşrin məlumatlarına görə, şerifin köməkçisi patrul avtomobilinin ön qapısının şüşəsini bağlamağı unudub. Bundan istifadə edən keçi avtomobilə daxil olub. 

Hadisə nəticəsində avtomobildəki bütün sənədlər yararsız hala düşüb.