adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Sentyabr 2020 13:03
78550
ŞOU-BİZNES
A- A+

“Heç nəyə təəccüb etmirəm” -  AD GÜNÜ MÜSAHİBƏSİ

Bu gün məşhur teleaparıcı Afaq Gəncəlinin doğum günüdür. Adalet.az saytı olaraq səbəbkarın özü ilə əlaqə saxlayıb həm təbriklərimizi çatdırdıq, həm də qısaca müsahibə etdik.

-Karantindir, Afaq Gəncəli doğum gününü necə qeyd etməyi düşünür?

-Məlum səbəblərə, pandemiyaya görə, ad günümü qeyd etmirəm. İnşaAllah ki, gələn il ad günü keçirəcəm.

-Afaq xanım, bu vaxta qədər ad gününüzdə aldığınız ən bahalı hədiyyə hansı olub?

-Mən heç vaxt maddi cəhətdən hədiyyələri qiymətləndirmirəm. Hədiyyələri mənəvi cəhətdən dəyərli hesab edərəm.

-Küsülü olduğunuz kəslərdən kim sizi təbrik etsə, təəccüblənərsiniz?

-Həyatda heç nəyə təəccüb etmirəm. Küsülü olduğum kimsə məni təbrik edərsə, təşəkkürümü bildirərəm. Bu onun insanlığından irəli gəlir ki, məni təbrik edir.

-Afaq Gəncəli bağışlayan insandır?

-Bəli, qətiyyən kinli insan deyiləm.

-Bir az da “ATV maqazin onlarla”dan danışaq...

-Yeni sezonda yeniliklər mütləq şəkildə olacaq. Veriliş tamamilə dəyişəcək.

-Verilişdən söz düşmüşkən, heç olubmu ki, bu vaxta qədər danışmadığınız bir kəs haqqında süjet hazırlayıb efirə verəsiniz?

-Heç vaxt şəxsi məsələni işə qatmamışam. Küsülü olduğum şəxslər barəsində süjet hazırlamışam. Adlarını çəkməyəcəm, kimlərdir. Mən çox az adam var ki, onlarla danışmıram. Amma buna rəğmən yenə də onlar barəsində efirə material hazırlayıram.

-Minnətdaram, Afaq xanım. Təkrar doğum gününüzü təbrik edir, sizə can sağlığı arzulayıram.

-Siz sağ olun.

Rövşən Tahir