adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Sentyabr 2020 13:11
43995
HADİSƏ
A- A+

Qubanın kəndində yaşayış evi yaxınlığında ot tayaları yandı - YENİLƏNİB

Quba rayonunun Muçu kəndində həyətyanı sahədə 15 ton ot bağlamasının 10 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:25

Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.

Report-un verdiyi məlumata görə, Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır. 

Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır.