adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Sentyabr 2020 13:17
45924
HADİSƏ
A- A+

“Semaşko”da 38 yaşlı xarici vətəndaş koronavirusdan öldü

Bakıda Qazaxıstan vətəndaşı 38 yaşlı Dastan Toktasınovun halı pisləşdiyi üçün 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparılıb.

“Report” xəbər verir ki, pasiyent xəstəxanada tənəffüs çatışmazlığından vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xarici vətəndaşın COVID-19-a yoluxduğu ehtimal edilir. Belə ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəz yalnız koronavirus xəstələrini qəbul edir.