adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Sentyabr 2020 11:25
44217
MƏDƏNİYYƏT
A- A+

Adı “eşcinsel” olaraq hallanan, heç vaxt evlənməyən tanınmış aktyor...

Bir neçə il əvvəl bizi ekranlara kilidləmiş “Yarpaq tökümü” serialının Əli Rza Təkin ifaçısı Xəlil Ərgünün doğum günüdür. “Yeşil cam” ın tanınmış siması 8 sentyabr 1946-cı ildə Bursa vilayətinin İznik rayonunun Müşkül kəndində anadan olub. İbtidai məktəbi və orta məktəbi İznikdə oxuyub. “Pertevniyal” liseyindən məzun olduqdan sonra Ankara Universitetinin Siyasi elmlər fakültəsində təhsil alıb. Tənəkə rolu ilə teatr aktyoru karyerasına başlayıb. O, Vasif Öngürən, Mustafa Alabora və Ərdoğan Akdumanla birlikdə Ankara Birlik Səhnəsini yaradıb. Aktyor fəaliyyəti dövründə 50-dən çox mükafat və ödüllərlə təltif olunub.

Adalet.az xəbər verir ki, tanınmış aktyor heç vaxt evlənmədi. Adı aşk macəralarında hallanmadı. Övladı da yoxdu. Bir müddət onun haqqında “eşcinseldir” (homoseksual) sözləri böyük gündəmə səbəb olmuşdu. Hətta jurnalistlər aktyorun bu haqda israrla açıqlama verməməsini ittihamın gerçək olduğunu ortaya qoyurdu. Qeyd edək ki, Xəlil Ərgün haqqında çıxan dedi-qodularla bağlı nə polisə, nə də, məhkəmələrə müraciət etmədi.

Bu gün tanınmış aktyorun 74 yaşı tamam olur.

Əntiqə Rəşid