adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Sentyabr 2020 13:32
51821
MƏDƏNİYYƏT
A- A+

Sevilən rəfiqələr 41 il sonra: "Moskva göz yaşlarına inanmır"

Orta və yaşlı nəslin sevərək izlədiyi Sovet kinosunun inciləri sırasında yer alan "Moskva göz yaşlarına inanmır" filmi baxanların yaddaşından heç vaxt silinmədiyinə əminik. Hadisələr Moskvada əllinci illərdə baş verir. Bir-birindən yaraşıqlı üç əyalət qızı Moskvaya gəlir. Onlar da çoxları kimi meqapolisdə sevgi, yüksək qazanc və səadət axtarışındadır. Rəfiqələrin fərqli xasiyyətləri olduğu kimi taleləri də fərqlidir. Antonina ərə gedir, uşaq böyüdür, ərini sevir. Lyudmila Moskvaya bir lotereya kimi baxır və paytaxtda bəxtini sınamaq istəyir. Katerina isə dəlicəsinə aşiq olsa da, könlünün oğrusu onu atıb gedir. Ancaq o təslim olmur, qızını təkbaşına ayağa qaldırır və özünə möhtəşəm karyera qurur. Qırx yaşına çatanda fələk onu gözəl bir insan və əsl məhəbbətlə üzləşdirir...

Sonrası? Sonrasını isə baxanlar bilir, baxmayanlara isə tövsiyyə edirik.

Sentyabr ayı bu filmin ekranlara çıxışından, yəni ilk izlənməsindən 41 keçdiyini xatırlatmaq istədik. 

Adalet.az xəbər verir ki, 1979-cu ildə rejissior Vladimir Menşovun  çəkdiyi 148 dəqiqəlik bu filmi melodram janrında olmasına baxmayaraq, sovet dönəmində filmə 90 milyon tamaşaçı tərəfindən  baxıldığı məlum olmuşdu. 

Artıq efirə çıxdığı gündən 41 il keçsə də əfsanəyə çevrilmiş bu film öz aktuallığını itirmir. Dillər əzbəri olan "Aleksandra" mahnısı isə bu filmi milyonlara sevdirməyi bacardı. Tamaşaçı əyalətdən Moskvaya oxumağa gələn 3 rəfiqə ilə o qədər doğmalaşır ki, onlarla birgə ağlayıb, birgə sevinir.

Filmdə iştirak edən aktyorların bir qisminin adını xatırladırıq

Vera Alyontova (O həm də filmin rejissoru Vladimir Menşovun həyat yoldaşıdır), Aleksey Batalov, İrina Muravyova, Yuriy Vasilyev, Raisa Rizanova, Boris Smorçkov, Aleksandr Fatyuşin, Nataliya Vavilova və başqaları...

Film "Oskar" da daxil olmaqla onlarla mükatafata layiq görülüb. Bu gün baş rol ifaçılarının bəziləri həyatda yoxdur, amma hər dəfə film efirə gedəndə o aktyorlar yenidən canlanır və gənclik illərinə geri dönür.Əntiq

Əntiqə Rəşid