adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Sentyabr 2020 13:03
80064
ŞOU-BİZNES
A- A+

“Mən şorgöz qadınam”deyən aktrisa yenidən hamilədir: Uşağın atası gizlədilir...

Türkiyədə “Muhteşem yüzyıl" serialında "Hürrəm Sultan" obrazı ilə tanınan və sevilən  Məryəm Üzərli  həm də şəxsi həyatıylada maraq obyekti olub. O  1983-cü ildə Almaniyada doğulub. 2011-ci ildə adıgedən filmə çəkiləndən sonra populyarlaşıb. Əvvəlcə aktyor Ozan Güvənlə 2 aydır eşq yaşadığı bildirilirdi. Ancaq iddialara görə, həmin ərəfədə  yaxın rəfiqəsi Tüba Ünsalın ad günü mərasimində iştirak edən aktrisa orada zəngin iş adamlarından birinin yaxın qohumu ilə maraqlanıb. Məryəm Üzərli mərasimdə bol-bol içib və əylənib. O, dostlarına “Mən şorgöz qadınam. Almaniyada 3 nəfərlə görüşürəm”,- deyib.Qeyd edək ki, Məryəm Üzərlinin eşq macərası yaşadığı iş adamı Can Atəşdən qeyri-qanuni doğulmuş Lara adlı qızı var.

Sevgililərini durmadan dəyişən aktrisa eyni zamanda uzun illərdir xəyalını qurduğu yeni biznesini Almaniyanın Berlin şəhərində qurur. Məryəm restoranından video paylaşaraq bu barədə məlumat verib:"Çox xoşbəxtəm, iki mağazam da açıldıqdan sonra bu işi başqa şəhərlərdə də etmək istəyirəm. Burada şirniyyatlar, alyatlar, dondurmalar, Kolumbiya qəhvəsi və bir çox qidalar satılacaq".

 Görüntülərdən xoşbəxt olduğu hiss ediən cazibədar aktrisa bir ara misirli sevgilisinin ailəsi ilə tanış oldu. Məryəmin həmkarı  aktyor Bassel Alzaro ona evlilik təklifi etdi. Hətta  o vaxt 34 yaşı olan aktrisa sevgilisinin təklifinə çox sevindi. O, sevincini sosial şəbəkədən izləyiciləri ilə bölüşdü. Aktrisanın barmağındakı brilyant üzük xüsusilə diqqət çəkdi Bütün bunlara baxmayaraq evlilik baş tutmadı

Son günlər alman əsilli türk aktrisadan maraqlı xəbərlər yayılmaqdadır.

Adalet.az xəbər verir ki, ikinci dəfə ana olmağa hazırlaşan aktrisa Məryəm Üzərli Almaniyanın paytaxtı Berlində ikinci kafesini açıb. Beş aylıq hamilə olan məşhur “İnstagram” hesabından paylaşım edib.

Ekranlardan uzaq qalan 37 yaşlı aktrisa bir müddətdir ki, Berlində yaşayır.

Əntiqə Rəşid