adalet.az header logo
  • Bakı 17°C
09 Sentyabr 2020 21:00
39462
MƏDƏNİYYƏT
A- A+

“Oskar” mükafatını qazanmaq üçün yeni kriteriyalar açıqlandı

Amerika Film Akademiyası “Ən Yaxşı Film” nominasiyasında “Oskar” mükafatını almaq üçün kriteriyaların siyahısını təqdim edib.

Bu bərədə “Kommersant” xəbər yayıb.

Kriteriyalara aşağıdakılar daxildir:

- Əsas və ya ikinci planda aparıcı rolda ən azı bir “rəngli” (asiyalı, qara dərili, latın amerikalı və s.) aktyor oynamalıdır;

- kiçik və az əhəmiyyətli rolu olan aktyorların ən azı 30 faizi qadınlar, irqi və ya etnik bir qrupun nümayəndələri, LGBT üzvləri və əlillər olmalıdır;

- Filmin əsas xətti və ya mövzusu elə bu qruplara yönəldilməlidir;

- Ən azı iki yaradıcı rəhbər vəzifəsini azlıqların nümayəndələri tutmalıdır.

Yeni qaydalar 2024-cü ildən qüvvəyə minəcək. Film dörd standartdan ən az ikisinə cavab verməlidir.