adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Sentyabr 2020 11:43
94217
ƏDƏBİYYAT
A- A+

"Bayağılığın əsas səbəbi maddi problemdir" - AÇIQLAMA

Son zamanlar şou-biznesdəki bayağılıq, mahnı mətnlərinin bayağılıqla bərabər vulqarlığı ziyalıları narahat etməyə bilməz. Amma bu problem nə qədər qaldırılsa da, öz həllini tapa bilmir.

Bir çox mahnı mətnlərinin müəllifi Kəmalə Abıyeva adalet.az-a bildirib ki, burda bəstəkarın mətnə yanaşması önəmlidir. Professional bəstəkar zəif şeirə mahnı bəstələmir.

“Sualı oxuyanda Oqtay Kazıminin sözlərimə yazdığı mahnının oxunacağını necə həyəcanla gözlədiyimi xatırladım. Mahnı Bədii Şuradan keçməliydi. Məsuliyyət vardı. İndi yoxdu.Amma mənim üçün yenə də hər yeni mahnıda sözlərə olan münasibət çox önəmlidir. Sözlərinə mahnı yazılması üçün dəridən çıxan adamlar var. Təbii o, şeirinin zəifliyini bilmir. Burda bəstəkarın münasibəti önəmlidir. Profesional, savadlı bəstəkar zəif şeirə mahnı bəstələmir. Dünyagörüşlü müğənni zəif sözü oxumaz.”

Kəmalə xanımın sözlərinə görə, əsas səbəblərdən biri maddi problemdir:“Bədii Şura olmalıdı mütləq. Məsələnin həllini tapmamasının başlıca səbəblərindən biri işin maddi tərəfidi. İmkanlı adamlar var ki, nə gəldi yazır, müğənniyə, bəstəkara qonorar verir. Mahnının aranjimanı, yazılmasını öhdəsinə götürür və s. Bəstəkarın və ya müğənninin kənardan göründüyü kimi elə ciddi maddi gəliri yoxdu axı...TV-lər qonorar vermir,əksinə klipin yayımlanması üçün pul ödəmək lazımdı.Yəni quruluş belədi. Hər yerdə var bu.”

Emin Piri