adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Sentyabr 2020 13:38
74612
MƏDƏNİYYƏT
A- A+

Sovet dövlətinin kinomuza  sırıdığı erməni aktyorlar: Tərlan və bərbər...

Uşaqlıq- gənclik yaddaşımızın ən unudulmaz dönəmlərindən biri də yeganə telekanalı olan televiziyamızda gedən müxtəlif səpkili filmləri ailəlikcə oturub izləmək idi. Yadımdadır ki, hətta məktəbli olarkən “Dədə Qorqud”  filminə baxanda həm musiqinin, həm ilk kadrların vahiməsində dəfələrlə qorxub, vahimələnib ağlamışam. O vaxt demək olar ki, bütün filmləri izlərkən onlara hissiz-həyəcansız baxmaq mümkün deyildi. Çünki həmin filmlər əsl sənətkar kadronun ortalığa qoyduğu bir mükəmməl sənətkarlıq nümunəsi idi. Sovet dönəmində çəkilən filimlərin demək olar ki, 75 faizində obrazların dilindən işlənən cümlələr hazırda cəmiyyətdə zərb-məsəl, lətifə, “atalar misalı” kimi yüksək dəyərləndirmə ilə məşhurdu. Amma bəzən həmin filmlərdə sevdiyin bir obrazın başqa bir millətdən olduğunu biləndə təəssüf keçirməyə bilmirsən. Məsələn, 
 

Adalet.az xəbər verir ki, Məmmədhüseyn Təhmasibin "Bahar" pyesi əsasında ekranlaşdırılmış “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Onu bağışlamaq olarmı?” filmi 1959-cu ildə tamaşaçılara təqdim olunub. Məzmunda cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir. Aktyor tuppasında Mehdi Məmmədov, Manana Abuyeva, İsmayıl Talıblı, Qurgen Tonunts(Tərlan), Hökümə Qurbanova, Məmmədrza Şeyxzamanov, Həsənağa Salayev və başqaları iştirak edib. Təbii ki, o vaxt içi Qurgen Tonunts qarşıü bütün aktyorları bəyənmişik sevmişik. 
Maraqlıdır ki, vahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi.


Qurgen Tonunts  və yaxud Tərlan...

Mediadan topladığımız məlumatlara görə, Qurgen Ovanesoviç Tonunts tanınmış erməni mənşəli sovet kinoaktyorudur. 1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub.

1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində ("Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri "Admiral Şeer"lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb.

Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur.
1952-1956- cı illərdə Qazaxıstanın Kustanay vilayətinin Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 1957-ci ildən Moskvada kinoaktyorlar üçün təşkil edilən teatr studiyasında aktyorluq edib.

1957-ci ildə ilk dəfə "Şəxsən tanış olan" filmində "Kamo" rolu Qergen Tonuntsa məşhurluq gətirir. Filmdə o, erməni inqilabçı Kamo obrazını canlandırır..

 1959-cu ildə "Azərbaycanfilm"də "Onu bağışlamaq olarmı?" filmində çəkilməsi sovet ideologiyasının diqtəsi idi, Azərbaycan filmlərinə digər respublikalardan olan aktyorlardan da kimsə çəkilməliydi. Qurgen Tonunts1997-ci il sentyabrın 21-də Moskvada vəfat edib. Aktyor Troekurov qəbirstanlığında dəfn olunub.

Erməni aktyorun teatr rollarına gəldikdə Voyniçin "Ovod" əsərində Panşin,  Evgeni Şeremet "Kənardakı ev", "On ikinci gecə" əsərində "Ser Tobi", Ostrovskinin "Personal iş" əsərində Poludin rollarını ifa edib. Qurgen Tonunts Yakutiya MSSR-nın əməkdar artisti (1961), Ermənistan SSR-nin (1967) və Rusiya Federasiyasının (1993) xalq artistidir.

“Bəyin oğurlanması”ndakı bərbər...

“Bəyin oğurlanması”nda Azərbaycanın bir sıra məşhur və tanınmış aktyorlar çəkiliblər. Onlarla yanaşı, filmdə bir əcnəbi aktyor da yer alıb – milliyətcə erməni  Karen Ovanesyan.

K.Ovanesyan “Bəyin oğurlanması”nda bərbər Aşot rolunda çəkilib, tamaşaçı onu bu ekran əsərində bir neçə dəfə görür və səsini eşidir. Yeri gəlmişkən, Karen Ovanesyan Azərbaycan dilində təmiz danışa bilir və filmdə də o, öz səsi danışır.

Karen Ovanesyan 18 sentyabr 1957-ci ildə Bakıda anadan olub. Atası onun rəssam olmasını istəyirmiş, Karen özü isə kloun olmağı arzulayıb. 1985-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, 1986-cı ilə kimi Bakıda aktyor, şoumen və parodiya ustası kimi fəaliyyət göstərib. K.Ovanesyan 1982-85-ci illərdə Bakıda “Azkonsert”in artisti olub.

1986-cı ildə məlum hadisələrə görə Azərbaycanı tərk etmiş Ovanesyan hazırda Rusiyanın əməkdar artisti olaraq “Əyri Güzgülər” teatrının aktyorudur. O, Moskvada bir neçə filmə çəkilib.

Yumorist Karen Ovanesyan elə 1986-cı ildə “Bəyin oğurlanması” filmində bərbər roluna çəkilib. Bununla yanaşı o, həmin ildə rejissor Vaqif Mustafayevin “Yaramaz” filmində də epizodik rola çəkilib. 

Karen Ovanesyan 28 ildir Moskvada yaşamağına baxmayaraq hələ də Bakını xiffətlə xatırlayır.

“Bakı həmişə yüksək mədəniyyət şəhəri olub. Məni ilk dəfə Azərbaycan televiziyasına rejissor Nazim Abdullayev gətirib. İlk mətnləri də mənim üçün bakılı Qriqori Qurviç, Mişa Aşumov yazıblar...

Mən Bakıya qayıtmaq üçün hər şeyimi verərdim, amma Bakı indi həmin şəhər deyil”-deyə erməni yumorist müsahibələrinin birində Bakı haqqında danışarkən bildirib.

2012-ci ilkin oktyabrında ürək ağrılarından əziyyət çəkən K.Ovanesyan xəstəxanaya düşüb, müalicə aldıqdan sonra yumorist kimi çalışmaqda davam edir.
 

Maraqlıdır ki, erməni filmlərini internet üzərində araşırmağımıza baxmayaraq onların sovet dövründə çəkilən filmlərində( titrlərdə) nəinki bir azərbaycanlı aktyor, hətta adi bir texniki işçi adına da rast gəlmədik . 


Əntiqə Rəşid