adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Sentyabr 2020 21:00
79443
ƏDƏBİYYAT
A- A+

AYB bu il qurultay keçirəcəkmi? - AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 2020-ci ilin noyabr ayına planlaşdırılan qurultayı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılmasından sonra keçiriləcək. 

Bunu Oxu.Az-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib:

“Vəziyyət stabilləşəndə qurultayın dəqiq tarixi müzakirə olunacaq və qərar elan ediləcək”.

X.Rza qurultayın onlayn keçirilməsi məsələsinə də münasibət bildirib:

“Qurultayın onlayn keçiriləcəyini sanmıram. Belə bir məsələ müzakirə olunmur”. 

Xatırladaq ki, nizamnaməyə əsasən, qurultay beş ildən bir keçirilir və AYB-nin yeni sədri seçilir. Qurultayda sədr vəzifəsinə namizədlərin kim olacağına isə, qurum rəsmisi deyib ki, qurultayın keçiriləcəyi tarix bəlli olduqdan sonra namizədlərlə bağlı məsələyə aydınlıq gətiriləcək.