adalet.az header logo
  • Bakı 18°C
10 Sentyabr 2020 20:28
42742
HADİSƏ
A- A+

Cəlilabadda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:20 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

X X X

14:42


Cəlilabadda dağlıq ərazidə yanğın başlayıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.