adalet.az header logo
  • Bakı 18°C
11 Sentyabr 2020 08:56
24758
SAĞLAMLIQ
A- A+

Alimlər koronavirus xəstəsinin ölüm riskini hesablamaq üsulunu tapdılar

Britaniyalı alimlər koronavirusa yoluxmuş xəstənin sağ qalmaq şansını hesablamağın üsulunu tapıblar.

Bu barədə “The Mirror” məlumat yayıb.

Alimlər hesab edir ki, sözügedən üsul bir çox xəstənin həyatını xilas edə bilər, çünki bu yolla fərdi müalicə üsulu seçmək mümkündür.

“Riskin müəyyən edilməsi aləti” pasiyentləri dörd qrupa bölməkdir. İlk kateqoriyada ölüm riski hər yüz haldan birində müşahidə olunur. Sonuncu kateqoriyada isə bu rəqəm hətta 62-yə qədər yüksələ bilər.

Mütəxəssislər risk səviyyəsini müəyyən etmək üçün yaş, cins, əvvəllər mövcud olmuş xəstəliklər, tənəffüsün tezliyi kimi göstəricilərdən və iki qan analizinin nəticələrindən istifadə ediblər.