adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Sentyabr 2020 11:33
40024
MƏDƏNİYYƏT
A- A+

Qiraət böyük qazanc gətirmir - AÇIQLAMA

Qiraət sahəsi sosial şəbəkələrin, yutubun gəlirli sahəyə çevrilməsindən sonra aktuallaşıb. Bir sıra aktyor və aktrisalar da bu sahəyə baş vurur, dinləyici və ya gəlir əldə etməyə çalışır. Hər halda sırf mənəvi dünyasının rahatlığı üçün şeir səsləndirənlər də var.

Əməkdar artist Elxan Rzanın qiraətdən qazancı yoxdur. Onun məqsədi gənclərin zövqünü gözəlləşdirməkdir.

“Əvvəla, onu deyim ki,yutub kanalından ümumiyyətlə qazancım yoxdu və bu istiqamətdə düşünməmişəm. Mənim yutub səhifəmdə bir məqsədim olub. Zövqləri imkanlar daxilində gözəlləşdirmək və formalaşdırmaq. Ona görədə ara-sıra eyni zamanda radioteatrlarda paylaşıram ki,yeniyetmələrdə gənclərdə radioteatr düşüncəsi formalaşsın, buna qarşı bir diqqət, bir sevgi olsun. O ki, qaldı qiraətdən pul qazanmağıma burda da yenə məqsəd pul qazanmaq olmasada arada sifarişlə iş görmüşəm. Amma yenədə qeyd edim ki,qiraətdən qazancım çıxmır.”

Qiraətçi Anar Adil hesab edir ki, bu sahədən böyük gəlir əldə etmək mümkün deyil.

“Qiraət sahəsindən elə də böyük qazanc əldə etmirəm. Məncə, mümkün də deyil. Qiraətə qazanc yeri kimi də baxmamışam. Ancaq, ödənişli səslənmələr də olub. Arada olsa da olub. Dövlət İmtahan Mərkəzinin mətnlərin səsləndirirəm. Dinləmə mətnləri.”

Emin Piri