adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Sentyabr 2020 13:44
192417
ŞOU-BİZNES
A- A+

Fərqli imiclə, fərqli məkanda: Aparıcı Samirə Mustafayeva ekrana dönür

Bir vaxtlar ATV-nin məşhur və sevilən xəbər aparıcılarından olan. bir dönəm  həm iş yerindən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan  Samirə Mustafayevanın yeni görüntüləri və bununla yanaşı yeni xəbəri yayılıb.

Məlumatlara görə, mediadan uzaqlaşan Samirə vizajist kimi fəaliyyət göstərirdi və Bakıda məşhur gözəllik salonlarından birinin sahibidir. Samirəni sevənlər hətta bir az irəli gedərək onun yeni sevgilisi olduğunu da söylədilər. Aparıcı bu məlumatlardan cana doyduğunu vurğulayaraq belə bir açıqlama verdi: “Xahiş edirəm, məndən əl çəksinlər. Mən artıq məşhur deyiləm. Televiziyada çalışmıram. Qoyun sakitcə evimdə oturub balamı böyüdüm. Bezmişəm bu söhbətlərdən, nə qədər olar axı? “Samirə boşandı”, “Samirə özünə iş qurdu”… İnsanlar niyə mənimlə bu qədər uğraşır axı. Mən istəsəydim, televiziyada da işləyərdim, saytda da, başqa yerlərdə də. Bütün qapılar da üzümə açıqdır, amma özüm istəmirəm. Məni sakit buraxın”.

.Adalet.az xəbər verir ki,  görünüşündə xeyli dəyişiklik etdirdiyi, fərqli göründüyü diqqətdən qaçmayan Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən televiziyaya qayıdır.

Onun yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İ̇nformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Qeyd edək ki, S.Mustafayeva televiziyada fəaliyyətinə 2003-cü ildən başlayıb. O, xeyli müddətdir televiziyadakı işindən kənarlaşmışdı.

 Əntiqə Rəşid