adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Sentyabr 2020 15:44
40818
MƏDƏNİYYƏT
A- A+

"Drakon bilirsən mən qız görmədim”

Aqil Abbasın "Dolu" əsərində və filmdə belə bir səhnə var. Drakona ( Rza) Pələngin ölüm anında dediyi "Drakon, bilirsən mən qız görmədim” sözün deyir və şəhid olur.

Bu səhnə filmin bütün fəlsəfəsini açıqlayır. Aqil əmi bu cümlə ilə bütün dünyaya göstərir ki, Qarabağ savaşında həyatında heç bir cavanlıq, gənclik görməyən oğullarımız savaşıblar və şəhid olublar. Bu gün Şəhidlər Xiyabanına gedəndə 17,18,19,20 yaşında gənclərin məzarlarını görəndə Aqil əminin bu sözündəki mesajı görmək olur. Qarabağ müharibəsində biz 1971,1972,1973, 1974 -cü təvəllüdlü gənclərin çox hissəsini itirmişik. Vətən uğrunda nə qədər gənclərimiz şəhid olub. Həyatlarında bir gözə gün yaşamayan gənc insanların şəhid olması insanı nə qədər yandırır bir bilsəniz .

Avqust, Aprel və İyul ayılarında da şəhid olanların əksəri Pələng kimi gənclər idi. Həyatlarında bir gün , cavanlıq yaşamayan qardaşlarımız öz arzularını, gələcək xəyallarını vətən üçün qurban verdilər.

Allah müharibə qismət eləsin biz orta yaşlı nəsillər gedib vətən uğrunda savaşaq və gənclərimizi qoruyaq. Onlar bu müharibədə şəhid olmasınlar, biz olaq onların yerinə ...

Zaur Əliyev