adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Sentyabr 2020 21:00
35749
İQTİSADİYYAT
A- A+

"Azəriqaz": Avqustda əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb

Cari ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6131 yeni abonent qeydiyyata alınıb.

Birlikdən Adalet.az-a bildirilib ki, bundan 4961 abonent Bakı, Abşeron və Sumqayıt, 1170 abonent regionların payına düşür. Bu ilin 8 ayı ərzində isə (yanvar-avqust) əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 min 519-a bərabər olub. Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.

Qeyd edək ki, cari il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.