Rusiya Çinə qarşı addım atmayacaq - Lavrov
ABŞ-ın çağırışlarına baxmayaraq, Rusiya Çinə qarşı hansısa addım atmaq niyyətində deyil.
Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bizim istəyimiz hər kəslə yaxşı münasibətlər qurmaqdır. Digər ölkələrlə əlaqələrimizi Vaşinqtonun istəyi ilə qurmuruq. Bizim mövqeyimiz bundan ibarətdir”, - Lavrov bildirib.