adalet.az header logo
  • Bakı 16°C
13 Sentyabr 2020 22:50
43731
MARAQLI
A- A+

Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü - FOTO

Amazonda təcrid olunmuş tayfalarla əlaqədar ekspert olan Rieli Fransiskato elə aborigenlərin atdığı oxdan ölüb.

Bu barədə BBC xəbər yayıb.

Məlumata görə, 56 yaşlı araşdırmaçı rəhbərlik etdiyi qrupla birlikdə yerli tayfaların yaşadığı Uru Eu Vau-Vau rezervasiyasına yaxınlaşarkən vurulub. Həmin qəbilə ilə indiyə qədər heç kim əlaqə yarada bilməyib. Mütəxəssis bu işlə özü məşğul olmaq isəyirdi.

Hadisə şahidinin sözlərinə görə, vurulduqdan sonra Fransiskato ürək nahiyəsində olan oxu çıxarıb, qışqıraraq 50 metr qaçıb və yıxılıb. Həmkarları onu xəstəxanaya aparsalar da, alimin həyatını xilas etmək mümkün olmayıb.

O da qeyd edilir ki, tədqiqatçı təcrid olunmuş Amazon tayfalarını 50 ildən çoxdur araşdıran və qoruyan Braziliya Milli Hinduların Fondunda çalışıb.