adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Sentyabr 2020 19:00
34463
ELM VƏ TƏHSİL
A- A+

“Virtual məktəb”lə bağlı "Qaynar xətt" istifadəyə verilir

Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

Qeyd edək ki, yeni xidmət I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.