adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Sentyabr 2020 12:38
19951
GÜNDƏM
A- A+

Azərbaycan və Türkiyə aviasiya vasitələri Gəncə üzərində birgə uçuşlar keçirəcək

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.