adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Sentyabr 2020 13:13
31551
SAĞLAMLIQ
A- A+

Bir çox xəstəlikləri müalicə edən dərman qadağan olundu

Bu yaxınlarda məlum olub ki, 60 ildən çoxdu rəsmi tibbin görmək istəmədiyi, bir çox xəstəlikləri müalicə edən dərman, apteklərdə qəpiyə satılır.

Dərmanın adı "ASD"-dir və demək olar ki, bütün xəstəlikləri müalicə edir.

Bu yaxınlarda NKVD -nin arxivlərindən birində Beriyanın Stalinə ünvanladığı məktub tapılıb. Məktubda yazılır ki, - "Professor A. V. Doroqovun kəşf etdiyi tibbi dərman əksər xəstəlikləri tez müalicə edəcək və bunun da nəticəsində xəstələrin sayı azalacaq, tibbi personal ixtisarla üzləşəcək, dərman istesal edən müəssisələrin fəaliyyəti məhdudlaşdırılacaq;

- SSRİ- nin iş qabiliyyəti olan vətəndaşlarının ömrü uzanacaq ki, bu da yaxın 15 -20 il ərzində Pensiya və Yaşayış Fondunun yüklənməsinə səbəb olacaq.

Təklif edirəm ASD F-1, ASD F-2 və ASD F-3 dərman məhsulları baytarlıq sahəsinə keçirilsin..."

Məktubun aşağıdlnda Stalinin imzası ilə " Təsdiq edirəm" yazılıb.

Bu dərman həbləri haqqında:

Əslində bu həblər hələ Orta əsrlərdə təbabətə məlu m idi. Amma kilsələrin kimyagərlərə qarşı amansız davranışları bu dərman vasitəsini yaddan çıxarmışdı. Lakin Aleksey Vladoviç Doroqov kimi alimlər " həyat eleksiri" axtarışlarını heç vaxt dayandırmadılar. Professor əvvəlcə müəyyən etdi ki, XIII- XV əsrlərdə Rusiyada zəngin təbəqənin istifadə etdiyi hansısa ultra- bahalı həblər olub. Həmin həblər qurbağanın dərisindən alınırmış. Maye qarışığı və dad dəyişmək məqsədi ilə bəzi otlardan istifadə edilərirmiş.

Doroqovun bu axtarışlarını "səfehlik" adlandıran SSRİ- nin farmosept cəmiyyəti, "həyat eleksiri"ni əfsanə adlandırırdı. Lakiin professor onlara qarşı gedərək " biologi bomba" sayılan ASD F-1-in əldə olunmasına nail oldu.

Həmin dərmandan az miqdarda istifadə etməklə, hazırda cərrahi əməlyatlarla müalicə olunan bir çox xəstəlikləri sağaltmaq olardı. ASD F-1 dərmanı çox məxfi surətdə Doroqov tərəfindən gizli labaratoriyada hazırlanırdı. Bu dərman barədə yalnız Stalin və Beriya xəbərdar idilər.

Nəticədə antiseptik və müqaviməti gücləndirən, mədə və ümumiyyətlə bütün yaralarını tez sağaldan dərman məhsulu alındı. Bu dərman ASD (antiseptikçeskiy - stimulyator Doroqova) adlandırıldı.

Alınan dərman məhsulu sınaqlardan uğurla çıxsa da, profesdor Doroqova bu unikal tapıntı barədə danışmaq qadağan edildi. Aleksey Vlasoviç SSRİ- nin səhiyyə üzrə o vaxtki Xalq Kommisarı Andrey Tretyakova məktub yazaraq, Moskvanın dəri terapiyası ilə məşğul olan xəstəxanalarından birində ölkənin bütün ərazilərinə göndərilmək üçün minlərlə həkim hazırlanmasını təklif edir. Tretyakov professora rədd çavabı verir və tezliklə prokurorluq ona qarşı təqibə başlayır. Professora qanunsuz tibbi fəaliyyətlə bağlı ittiham irəli sürülür, başçılıq etdiyi labaratoriya bağlanır və 1957 -ci ildə o, müəmmalı şəkildə qəflətən, guya günün- günorta çağında öz evinin həyətində dəm qazından boğulub ölür.

1959-cu ildə ASD F-1 dərmanı ilə bağlı bütün məlumatları tam məxviləşdirirlər. SSRİ dağılandan sonra ASD dərmanları apteklərdə satılır. Amma insanlar bu dərmanın müalicəvi əhəmiyyəti barədə heç nə bilmirlər.

Həkimlər demək olar ki, bu dərman barədə məlumatsızdılar. ASD F-1, ASD F-2 və ASD F-3 dərmanları hazırda yalnız baytarlıqda istifadə olunur.

ASD -in elmə , ən azı psioriaz, vərəm, astma, xərçəng, prostatit, ekzema və sonsuzluq xəstəliklərini müalicə etməsi məlumdur.

 

Ruscadan tərcümə: Rüstəm Hacıyev