adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Sentyabr 2020 20:30
22856
SAĞLAMLIQ
A- A+

Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq

Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, vaksin tədarükü 2020-ci ilin sonunadək başlaya bilər. Bu, koronavirus vaksininin Hindistandakı kliniki sınaqlarının nəticəsi və qeydiyyatından asılı olacaq.

Xatırladaq ki, Rusiya avqustun əvvəlində dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.