adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Sentyabr 2020 21:00
26571
ELM VƏ TƏHSİL
A- A+

Nazirlikdən Bakıda məktəbdə huşunu itirərək yıxılan şəxs barədə AÇIQLAMA

Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və xanım şəhər klinik xəstəxanasına çatdırılıb: "İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".