adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Sentyabr 2020 21:35
36040
HADİSƏ
A- A+

Abşeron sakininin idarə etdiyi maşından qumbara tapıldı

Abşeron rayon sakini E.Əliyevin maşınından “F-1” qumbarası tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi “TOFAŞ” markalı avtomobildən “F-1” qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır .