adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Sentyabr 2020 23:50
21287
DÜNYA
A- A+

İsraildə sabahdan məktəblər bağlanır

İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə 17 sentyabrdan etibarən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.

Bu barədə xəbəri İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi yayıb.

Bildirilir ki, sentyabrın 17-dən etibarən koronavirusa yoluxmanın yüksək həddə çatması səbəbi ilə məktəb, körpələr evi və uşaq bağçaları da daxil olmaqla təhsil müəssisələrinin (xüsusi müəssisələrdən başqa) fəaliyyəti dayandırılır.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, İsraildə son 24 saat ərzində 5 mindən çox insan koronavirusa yoluxub, ümumi yoluxanların sayı 170 minə yaxınlaşıb.

İsrail hökuməti 18 sentyabrdan üç həftə müddətinə sərt karantin tədbirlərini bərpa edəcək. Ölkənin yeni koronavirus pandemiyası dövründə “təkrar ümumi karantin tətbiq edən” ilk ölkə olduğu qeyd edilir.