adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Sentyabr 2020 11:37
24207
SAĞLAMLIQ
A- A+

Agentliyin sədr müavini: Əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir

Hazırda əlilliyin təyini sisteminin elektronlaşdırılmasından əvvəl əlillik dərəcəsi alanların müayinəsi ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu ilin sonuna kimi bu prosesi yekunlaşdırmağı planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMSN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir: “Əlilliyin təyini üçün əməliyyat keçirilən orqanın funksional vəziyyəti dəyərləndirilir. Əksər hallarda açıq ürək əməliyyatı keçirənlər üçün 2-ci qrup əlillik təyin edilə bilər. Lakin göndərişdə vətəndaşın sağlamlıq vəziyyəti tam əks olunmalıdır”.