adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Sentyabr 2020 12:03
16293
DÜNYA
A- A+

"Rusiya və Çin ABŞ - ın strateji rəqibləridir"

Amerikanın "Rand Corparation" mərkəzində çıxışı zamanı Pentaqonun rəhbəri Mark Esper bəyan edib ki, Rusiya və Çin ABŞ -ın əsas strateji rəqibləridir. Esperin çıxışı Pentaqonun rəsmi saytında dərc olunub.

Esperin sözlərinə görə hər iki dövlət hərbi güclərini yeni silahlarla modernləşdirməklə yanaşı, kosmik sahədə və kiber məkanda da öz imkanlarını genişləndirirlər.

"Birləşmiş Ştatlar və onların tərəfdaşları əsas prinsiplərini və özlərinin həyat tərzini qorumalıdı. Biz bunu etməyə tam hazırıq"- deyə Pentaqon rəhbəri əlavə edib.

Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat xidməti, daha əvvəl ABŞ HHQ-nin generalı Timoti Reyin " Moskva və Pekinfən gələ biləcək təhlükə" barədəki bəyanatını şərh edərkən bildirmişdir ki, "amerikan hərbiçiləri əlverişli dialoq əvəzinə Rusiyadan gələn təlükələri qabartmaqla məşğuldular."

Rusiyalı diplomatlar amerikan hakimiyyətini "antirusiya çağrışlarını şişirtməyə yox, qlobal stabilliyin və təhlükəsizliyin təmin olunması məsələsinə daha çox diqqət yetirməyə" çağırıb.

"Rusiya təhlükəsi" barədə daha çox Pribaltika və Polşa siyasiləri həyəcan təbili çalırlar. Və görünən odur ki, bütün bunlar əbəs yerə deyil.

Rusiya tərəfi isə dayanmadan bəyan edir ki, "Rusiya heç bir vaxt NATO ölkələrinə qarşı hücima keçməyəcək". XİN-in rəhbəri Serqey Lavrov isə bildirir ki, "bu barədə Şimal Alyansının rəhbərləri məlumatlıdırlar. Amma buna baxmayaraq öz qoşunlarını Rusiya sərhədlərinə yerləşdirməyi davam etdirirlər".

Bəli, Rusiya nəinki NATO dövlətləri, heç alyansa daxil olmayan ölkələrlə də açıq müharibəyə girmir. Lakin bütün qarışıqlıq olan yerlərdə, "maraqlarını qorumaq adı altında" Baş Kəşviyyat İdarəsinin xüsusi yaratdıqları "Vaqner" tipli, müasir silahlarla tam təhciz olunmuş hərbi birliklərinin muzdlu əsgərlərini görmək olar. Yəni Pribaltika dövlətləri kimi kiçik ölkələrin həyacan təbili çalması əsassız deyil.

Əslində Həm Rusiya, həm də NATO (əslində ABŞ) ölkələri bilirlər ki, iki potensial nüvə silahına malik hərbi güclərin müharibə meydanında qarşılaşması, dünyanın sonunu gətirə bilər. Ona görə də, onların qarşılaşması yalnız söz meydanlarına aparılır. Bu qarşılıqlı ittihamlar adətən üçüncü -Əfqanıstan, İraq, Liviya, Suriya və s. kimi dövlətlərin başında çatlayır. Çünki əsas maraqlar kimin daha çox əraziyə nəzarət etməsi məsələsidir.

 

Rüstəm Hacıyev