adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Sentyabr 2020 12:22
50868
ŞOU-BİZNES
A- A+

"Zəki Mürənin yanına gedəcəm”- deyən, xəstəxanaya qaldırılan Bülənt Ərsoyun...

Ötən il, daha dəqiq 2019-cu ilin yanvar ayında türk musiqisinin Divası, transeksual müğənni Bülənt Ərsoyun konserti oldu. Diva orda yeni açıqlamalar verdi. Ərsoyun “digər tərəfə az qaldı” açıqlaması diqqətlərdən yayınmadı.

Bülənt Ərsoy pərəstişkarları ilə görüşdə söhbət zamanı “Digər tərəfə az qaldı” dedi. Konsertdəki fasilələrdə də tamaşaçılarla söhbət edən Diva “20-25 il yaşayaram bundan sonra. Digər tərəfə az qaldı. Bu dünya ilə müqaviləmiz başa çatır. Zəki Mürən və Müzeyyen Senarın yanına gedib birlikdə mahnı oxuyacam” açıqlamasını verdi..

Hazırda tanınmış sənətçidən yeni xəbər var... Deyəsən...

Adalet.az xəbər verir ki, dünən təcili xəstəxanaya yerləşdirilən sənətçinin mədə qanaxması keçirdiyi məlum olub.

B.Ərsoyun bu gün-hazırda vəziyyətinin yaxşı olduğu açıqlanıb.Hətta sənətçi bu haqda sosial şəbəkə də status da yazaraq paylaşım edib.

Qeyd edək ki, gələcək saylarımızın birində Divanın şəxsi həyatı və evliliklərindən bəhs edən bir məqalə ilə sənətçini sizə daha yaxından tanıdacağımıza söz veririk.

Əntiqə Rəşid