adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Sentyabr 2020 13:47
52257
ŞOU-BİZNES
A- A+

"Xəzər"dən küsənlər ATV-yə, ATV-dən küsənlər "Xəzər"ə sığınır - Səfərovalar da siyahıda...

Çox vaxt efirdə lazımsız hərəkət, geyim və açıqlamaları ilə tamaşaçılar tərəfindən qınanan, şou-biznesin əkiz bacıları Sevil və Sevinc 2018-ci ilin fevral ayında 4 il fəaliyyət göstərdikləri "Xəzər" telekanalında yayımlanan "Hər şey daxil" verilişində sürpriz bir şəkildə ayrıldıqdan sonra heç bir tv kanal onlara iş təklif etməmişdi.

Sevil və Sevinc Səfərovalar da səbrlə 2 il gözlədilər. və məlum oldu ki, onlar yenidən aparıcılıq edəcək.

Adalet.az xəbər verir ki, bacılar bu dəfə ATV-də çalışacaqlar. İfaçıların yeni layihəsi günorta saatlarında yayımlanacaq.

Şou xarakterli proqramda Sevil və Sevinc sənət adamlarını qonaq edəcəklər.

Əkizlər bundan əvvəl "Xəzər" telekanalındakı proqramdan ayrıldıqdan sonra aparıcılıq etməyəcəklərini açıqlamışdı. Onlar aparıcılığın onların sənətinə mane olduğunu deyirdi. Hələki, boş keçən o iki ildə bacılar ortaya samballı bir sənət nümunəsi çıxartmayıblar.

Qeyd edək ki, ATV-dən "Xəzər"ə qalmaqalla ilk yol açan Xoşqədəm Hidayətqızı olub. Daha sonra xəbərlər departamentinin rəhbəri vəzifəsində çalışmış İnqilab Məmmədov, aparıcı Lalə Azərtaş da "Xəzər"də fəaliyyətlərini davam etdirirlər.

"Xəzər"dən ATV-yə keçənlərin "ilk"ini aparıcı Lətafət Ələkbərova təşkil edib, Sonra Zümrüd Dəmirova və hazırda isə Sevinc- Sevil bacıları siyahıya adları düşən aparıcılardandı.

Əntiqə Rəşid