adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Sentyabr 2020 19:20
19048
GÜNDƏM
A- A+

“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb - VIDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

Bildirilib ki, təmir müddətində pər-sükan qurğuları elektrik mühərrikləri ilə birlikdə, 600 tonluq kran qolu demontaj olunaraq çıxarılıb və əsaslı təmirdən sonra yerinə quraşdırılıb.

Kranın bütün burazları dəyişdirilib, yük göyərtəsi və üst tikili təmizlənərək rənglənib. Eyni zamanda digər maşın və mexanizmlərə baxış keçirilib və lazım olan texniki xidmət göstərilib.

“General Əliağa Şıxlinski” kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Bu gəminin uzunluğu 141.4, eni 54.5 metrdir. Gəmi  3×2510 at gücünə malik sükan-pər qurğuları ilə (VRK) təchiz olunub.