adalet.az header logo
  • Bakı 20°C
17 Sentyabr 2020 23:20
23162
DÜNYA
A- A+

ABŞ-dan şok: Mahmud Abbası Dahlanla əvəzləyəcəyik

Fələstin Prezidenti Mahmud Abbası Məhəmməd Dahlanla dəyişdirməyi fikirləşirik.

Adalet.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Devid Fridman bu ölkənin “HaYom” qəzetinə açıqlamasında deyib.

“Fələstin rəhbərliyi yanlış siyasət aparır. Onlar hələ də qədim və əhəmiyyətsiz şikayətlərlə məşğul olurlar. 21-ci əsrə qoşulmalıdırlar. Hazırda tarixin səhv tərəfindədilər”, - Fridman bildirib.

Qeyd edək ki, M.Dahlan Türkiyəyə qarşı düşmənçiliyi ilə seçilir.