adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2020 11:26
17392
DÜNYA
A- A+

Litva və Polşa ilə sərhədlər bağlanır

Belarus prezidenti Litva və Polşa ilə sərhədlətin bağlandığını bəyan edib. Litvanın xarici işlər naziri, Milli radio və televiziyasına müsahibəsində sərhədlərin bağlanmasını qeyri adekvat addım kimi qiymətləndirib.

"Bəyan edilir ki, Belarus ordusunun yarısı sərhədlərin qorunması üçün səfərbər edilib. Guya kimsə onları təhdid edir və ya hücuma hazırlaşır. Bu adekvat olmayan adamın, qeyri adekvat hərəkətidi" -deyə Linas Linkyaviçus bildirib.

Xarici işlər naziri qeyd edib ki, " qonşu ölkənin iqtisadiyyatı iflasa uğradığı bir vaxtda, bu cür addımların atılmasını hesablanmamış məsuliyyətsiz addım kimi qiymətləndirmək olar və bu addım ölkənin əleyhinə işləyə bilər".

Aleksandr Lukaşenko Ukrayna ilə sərhədləri güclənditəcəyini də bəyan edib. "Qərb tərəfdaşlatının hansı addımlar atacağı məlum deyil, ona görə də biz tədbirlərimizi görməliyik"- deyə Belarus prezifenti bildirib.

 

Rüstəm Hacıyev