adalet.az header logo
  • Bakı 16°C
18 Sentyabr 2020 12:34
157935
ŞOU-BİZNES
A- A+

Hicablı gəlin namizədin açıq-saçıq fotoları: Ailəsi dağıldı...

Türkiyədə bir televiziyada qatıldığı evlilik proqramı ilə tanınan, təxminən 4-5 il evlilik proqramlarından düşməyən "hicablı-inanclı" Hənifə Gürdal adlı bir qız nəinki Türkiyədə eləcə də ölkə hüdudlarından kənarda da məşhurlaşdı və sosial şəbəkədə diqqət mərkəzinə düşdü. Nəhayət Hənifə bu ilin yanvar ayında Kamal Ayvaz adlı fotoqrafçı gənclə ailə qurdu və şok olaya imza atdı. Beləki, telekanallarda olduğu müddətdə hicabda olan Hənifə nişanlandığı gündən sonra isə hicabdan imtina etdi və hətta açıq-saçıq geyimləri ilə hər kəsi arxasınca danışmağa məcbur qoydu.

Yeri gəlmişkən, fenomen olmuş Hənifə verilişdə iştirakı zamanı ona hər ay 2-3 min TL pul verildiyini iddia edərkən də bir müddət gündəmi zəbt edə bildi. Hənifə Kanal D-də yayımlanan "Mügə və Gülşənlə 2-ci səhifə” proqramında qonaq oldu. Burada evlilik proqramında aylıq nə qədər qazandığını açıqladı.

Onun sözlərinə görə, verilişdə iştirakı zamanı onun üçün ev tutulub və aylıq 2-3 min TL pul verilib. Evlilik proqramını tərk etdikdən sonra Hənifə bir müddət benzindoldurma stansiyasında nasos işçisi olaraq işə başlayıb. O proqramda pərdəarxası yaşananlardan da danışıb. Bildirib ki, ev əşyalarına və cehizə görə evlənib boşananlar da olub.

Qayıdaq hicabdan imtina edən Hənifənin açıq-saçıq geyimlərinə. Hənifə tətil günlərində etirazlara baxmayaraq, İnstaqram hesabında çimərlik geyimində çəkdirdiyi fotolarını paylaşdı. O, fotonun üzərinə “Tənha olanda etdiklərinizi ictimaiyyət qarşısında qınaq məsələsinə çevirməyin”, qeydini yazdı.

Etirazlardan sonra növbəti açıq-saçıq fotosunu paylaşan Hənifə bunları qeyd etdi:

“Yaxşı-yaxşı yaxınlaşdırıb baxın, bikini geyindim və bu rəzilliyim bəs etmədi, üstəlik poza da verdim. Baxın görüm, ayıb yerimi görə biləcəksinizmi?”

Uzun sözün qısası, Hənifədən yeni xəbər var.

Adalet xəbər verir ki, evliliyindən 9 ay sonra Hənifə rəsmi olaraq boşanıb. Boşanma səbəblərini açıqlamayan Hənifə üçün izləyiciləri:”Bu evlilik deyil, bir reklam” deyiblər.

Qeyd edək ki, Hənifə Gürdal ötən günlərdə sosial şəbəkələrdə “Ərimlə vaxt keçirmək istəmirəm” sözləri ilə gündəmə gəlmişdi.

 

Əntiqə Rəşid