adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Sentyabr 2020 12:43
18650
DÜNYA
A- A+

ABŞ VƏ RUSİYA BİR-BİRLƏRİNİ İTTİHAM EDİR

Ukrayna Krımı qaytaracağlna inanır

ABŞ -ın NBS News telekanalı məlumat yayıb ki, Birləşmış Ştatlar Ukrayna hərbi birləşmələrinə, Krım ərazisində terror aktları törətmələri üçün yardım edir. Rusiyanın ABŞ -dakı səfiri amerikan administrasiyasından bu məlumata aydınlıq gətirilməsini tələb edib.

NBS telekanalı bunu, Rusiyanın amerikan əsgərlərini öldürmək üçün "Taliban yaraqlılarına pul mükafatı verilməsi proqramına" cavab addımı kimi qiymətləndirib.

Rusiya səfirinin məktubunda, tələb olunur ki, "Əgər bu xəbər doğrudursa, onda rəsmi Vaşinqton Ukrayna Təhlükəsizlik İdarəsinə birbaşa və yaxud dolayısı ilə köməklik etməsinə aydınlıq gətirsin".

NBS -in məlumatında qeyd olunur ki, ABŞ -ın adı çəkilməyən rəsmisi bildirib ki, Birləşmiş Ştatlar üçüncü ölkələrdə terror təşkilstlarının fəaliyyətinə dəstək verir bə Mərkəzi Kəşviyyat İdarəsi bunu, Rusiyanın "taliblərin mükafatlandırılması proqramına" cavab olaraq edir.

Vaşinqton Rusiyanın belə bir proqramı olduğunu təsdiq edən faktlara malik deyil. Pentaqonun Əfqanıstandakı hərbi qüvvələrinə rəhbərlik edən general Frenk Makkenzi bildirib ki, "hələ ki, rusların proqramını təsdiq edən faktlar məni qane etmir. Əgər bu məsələ sübut olunarsa, biz Moskvaya qətiyətli cavabımızı verəcəyik." " Hələki bu məsələ ilə bağlı dəlillər ciddi surətdə araşdırılır" -deyə general əlavə edib.

Ukraynada elan edilməmiş müharibə gedir

Ukrayna tərəfi Krımı müvəqqəti işğal edilmiş əraziləri sayır. Beynəlxalq ictimayyət isə yarımadanın Rusiya tərəfindən işğal olunduğu qənətindədir. 2014-cü ildə Krımda hakimiyyət rus ordusunun bir başa iştirakı ilə dəyişdirildi. Daha sonra rus əsgər və zabitlərinin "dəstəyi" ilə referendum keçirildi və Krım Rusiyaya birləşdiriıdi.

Rusiya prezidenti Krımın Rusiyaya qan tökülmədən birləşdirildiyini iddia etsədə, əslində məsələ qansız ötüşməmişdi.

Rusiya həbiçilərinin Putinin söyləfiyi kimi, "dinc yolla" hakimiyyəti devirməsi zamanı ukraynalı hətbiçi və bir-neçə dinc sakin güllələnərək qətlə yetirilmişdi.

BMT Baş Assambleyası Krımı Rusiya ərazisi kimi tanımır. Avropanın aparıcı ölkələri işğalla bağlı Rusiyaya sansiyalar tədbiq edib. Avropa Şurası şəxsi şirkətlərə Rusiyaya yatırım etmələrini və ümumiyyətlə bu ölkə ilə əməkdaşlığı qadağan edib.

Sanksiyaların tədbiqi çox təsirli oldu. Hətta Rusiyanın nəhəng şirkətlərinin çoxu Krıma yatırım etməkdən çəkinir. Amma bütün bunlara baxmayaraq Kreml Krım məsələsinin artıq həll olunduğunu bəyan edir.

İşğaldan altı il ötməsinə baxmayaraq yarımadada vəziyyət gərgin olaraq qalmaqdadır. Rusiyanın xüsusi xidmət orqanları mütamadi olaraq Krımda fəaliyyət göstərən silahlı qruplaşmalar barədə məlumatlar verir. Rəsmi Kiyev isə , istənilən yolla Krımın Ukraynaya qaytarılacağını bildirir.

 

Rüstəm Hacıyev