adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Sentyabr 2020 19:00
24915
İDMAN
A- A+

Tyaqo Alkantara “Bavariya” ilə vidalaşdı

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara “Liverpul”a keçidi ilə əlaqədar klubla vidalaşıb.

Bu barədə “Çempionat” məlumat yayıb.

“Bəli, karyeramdakı ən çətin qərarı qəbul etdim. Yeddi il ərzində yetişdiyim bu möhtəşəm klubdakı səhifəmi sona çatdırıram. Qələbə, sevinc, ancaq həm də çətin vaxtlar yaşadıq. Hər şeydən çox bu kluba gənc və arzuları olan oğlan kimi gəlməyim, indi isə klubun tarixi və mədəniyyətinə bürünmüş biri kimi getməyimlə fəxr edirəm.

Burada heç vaxt unutmayacağım ənənələri sevməyi öyrəndim. Bu şəhərdə inanılmaz anlar yaşadım. Qərarım tamamilə idmanla bağlıdır. Futbolçu kimi inkişaf etmək üçün yeni çağırışlar əldə etmək istəyirəm. “Bavariya” həmişə mənim evim olacaq. Təşəkkürlər!”, - deyə futbolçu bildirib.Tyaqo Alkantara “Bavariya” ilə vidalaşdı