adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Sentyabr 2020 10:25
15630
DÜNYA
A- A+

Müəllim iki səhv cavaba görə şagirdi döyərək öldürdü

Çinin Sıçuan əyalətində müəllim onun suallarına iki dəfə yanlış cavab verən 10 yaşlı məktəblini döyərək öldürüb.

Bu barədə “Oriental Daily” məlumat yayıb.

Müəllimin onun suallarına cavab verə bilməyən məktəbli qıza diz üstə çökməyi əmr edib və ardınca onun qulaqlarından dartaraq başına zərbələr endirməyə başlayıb.

Məktəbli aldığı xəsarətlərdən sonra özünü idarə etməkdə çətinlik çəkib və yalnız sinif yoldaşlarının köməkliyi ilə parta arxasında otura bilib.

Həmin hadisədən bir neçə saat sonra qız özünü pis hiss edib. Xəstəxanaya çatdırılsa da həkimlər məktəblinin həyatını xilas edə bilməyiblər.