adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Sentyabr 2020 12:59
15984
MƏMLƏKƏT
A- A+

BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir.

Bu barədə Adalet.az-a BNA-dan məlumat verilib. Məlumatda bildirilir ki, sürücülərin dayanma-durma və parklanma qaydalarına riayət etməsi ilə bağlı tədbirlər davamlı bir prosesdir:

"Bunun üçün bizim xüsusi proqram təminatı olan planşetlə təmin edilən müfəttişlərimiz tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Həmçinin qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin nəzarət kameralarının imkanlarından istifadə olunur".