adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Sentyabr 2020 14:44
25399
SİYASƏT
A- A+

“Müharibədən başqa yol qalmayacaq”- ŞƏRH

Dövlət başçısı jurnalistlərə verdiyi son müsahibəsində də Qarabağ münaqişəsinə toxunub. O, Ermənistan tərəfinin danışıqlar prosesini pozduğunu, cəbhə boyu təxribatlara yol verdiyini bildirib. Bununla da Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkçün müharibədən başqa yol qoymur.

Məsələyə münasibətini bildirən siyasi  şərhçi Tural İsmailov  da münaqişənin həll yolu üçün müharibədən başqa yol qalmayacağını söyləyib.

“Ölkə prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağ ətrafındankı vəziyyətin Azərbaycanın ərazi bütöylüyü çərçivəsində həll edilməli olduğunu bildirib. Dünya liderləri, aparıcı ölkələr də bu fikirləri təsdiqləyib. Beynəlxalq siyasi, aparıcı qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həll olunma yolu isə yalnız bundan, dövlət sərhədlərinin bərpasından keçir. BMT-nin qəbul etdiyi 4 qətnamə, digər beynəlxalq siyasi təşkilatların açıqladığı sənədlər, verdiyi bəyanatlar Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas şərt kimi irəli sürür.

Amma təəsüflər olsun ki, uzun illərdir ATƏT-in Misk qrupu hər hansı ciddi danışıqlar apara bilmir.

Bütün bunların fonunda Ermənistan tərəfi danışıqlar prosesindən qaçır, sülh danışıqlarını pozur, Azərbaycan torpaqlarını işağl altında saxlayır. Həmçinin, cəbhənin müxtəlif yerlərində atəşkəsi pozur, təxribata yol verir. Belə bir rejimlə danışıqlar artıq effekt vermir. Gördüyünüz kimi son dövrlər səfərbərliklə bağlı müxtəlif fikirlər səsləndirilir, ehtiyatda olan zabitlər təlimə çağrılır. Türkiyə-Azərbaycan hərbi ittifaqı, təlimləri bunların fonunda baş verir. Ermənistan rəhbərliyi təxribatlardan əl çəkməsə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün müharibədən başqa yolu qalmayacaq.”

Emin Piri