SON DƏQİQƏ:

II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

  13785   |  
Şriftin ölçüsü  

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun II mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulu davam edir. Sözügedən şəxslər 21 sentyabr saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Adalet.az-a bildirilib ki, II mərhələ üzrə 3200-dən artıq şəxs sənədlərini qəbul olduqları peşə təhsil müəssisələrinə təqdim edib.

Sənəd qəbulu Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilib.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK