SON DƏQİQƏ:

Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir

  17621   |  
Şriftin ölçüsü  

Azərbaycan Dillər Universiteti Çinlə maraqlanan hər kəsi və bütün Azərbaycan tələbələrini “Salam Çin” devizi altında həyata keçirilən onlayn "Çin mədəniyyəti həftəsi"ndə iştirak etməyə dəvət edir.

Universitettdən Adalet.az-a verilən məlumata görə, "Çin mədəniyyəti həftəsi" Çinin dövlət bayramına - 1 oktyabr tarixində qeyd olunan Çin Xalq Respublikasının yaranması Gününə və qədim Çin mütəfəkkiri, filosofu Konfutsinin doğum gününə həsr olunub. "Çin mədəniyyəti həftəsi" zamanı qədim Çin sivilizasiyasının çoxəsrlik adət və ənənələri, Çinin tarixi və müasir həyatı, Çin fəlsəfəsi, ədəbiyyatı, rəssamlığı, milli musiqisi, mahnıları və rəqsləri, zərif mətbəxin tətbiqi sənəti və sirləri, gimnastikanın və döyüş sənətinin məşhur sistemləri ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır. Hər kəs onlayn konfransda, tələbə mübahisələrində, tematik inşa müsabiqələrində, ustad dərslərində, fotoqrafiya, xəttatlıq sərgilərində, Çin və Çinin rəssamlığı haqqında kitablarda, çay mərasimində iştirak edə bilər. "Çin mədəniyyəti həftəsi" nin Tədbirlər Proqramı ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun Facebook səhifəsində tanış olmaq mümkündür. "Bizim istedadlar" bədii müsabiqəsində iştirak etmək istəyənlər Çin mahnılarının, rəqslərinin, instrumental musiqisinin müəllif ifası ilə öz videolarını, eləcə də öz rəsm və qrafik işlərinin fotoşəkillərini WhatsApp vasitəsilə (055)2434241 nömrəsinə və ya [email protected] elektron poçt ünvanına (Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov) göndərə bilərlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK