adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Sentyabr 2020 10:54
44577
DÜNYA
A- A+

"YORĞAN DAVASINDA" PUTİNİ GÜNAHKAR ÇIXARMAQ İSTƏYİRLƏR

Almaniya Xristian Demokrat ittifaqının lideri postuna namizəd, ( demək, gələcəkdə kansler ola biləcək) Fridrix Mers "Blud" mətbu orqanına müsahibəsində, Navalnı və " Şimal axını-2" barədə fikirlərini bölüşüb.

" Bu günlərə qədər mən, kəmərin tikintisinin davam etdirilməsinin tərəfdarı olmuşam. Amma Navalnının zəhərlənməsi məsələsinə Avropanın dərhal cavab verməsini istəyirəm. Təklif edirəm, tikintini dondurulmalı və onun davam etdirilməsinə iki il müddətinə moratoriya qoyulmalıdı. Təəssüf ki, Putin yalnız bu "dili" başa düşür" - deyə Mers bildirib.

Mers müsahibəsində vurğulayır ki, Kremllə başqa cür danışmaq mümkün deyil. Avropadakı hazırki eskalasiyanı Almaniya yox, məhz Rusiya yaradır. Tezislərini təsdiq etmək üçün o, Avropada qaçqınların sayının sürətlə artmasının səbəblərini, "Rusiyanın varvarcasına" apardığı hərbi əməliyyatlarla bağlı olduğunu və buna görə Putinin məsuliyyət daşıdığını bildirib.

Fridrix Mers 20 il bundan əvvəl bundestaqda XDS Və XSS fraksiyasının rəhbəri olub. Sonradan Merkellə aralarında münasibətlərinin yaxşı olmadığı üçün ümumiyyətlə partiyanı tərk edib və siyasi fəaliyyətini dayandırıb. Yenidən siyasətə qayıtdıqdan sonra o, partiyasını lider kimi 2021-ci ilin sentyabrında keçiriləcək seçkilərə aparmaq istəyir.

Mers əvvəllər Rusiyaya qarşı loyal münasibətdə olsa da, son vaxtlar tez-tez prezident Vladimir Putini tənqid etməyə başlayıb.Tənqidlərlə yanaşı o, özü də etiraf edir ki, Rusiyanın iştirakı olmadan Avropada stabillik yaratmaq mümkün olmayacaq.

Lakin, "Blud"a müsahibəsində bu məsələ ilə bağlı onun siyasətdə yeni yüksəkliklər götürmək niyyətləri də ortadadı.

Mers qaçqınlar böhranı ilə bağlı əvvəllər daha çox Angela Merkeli günahlandırırdı. 1.5 milyon qaçqının ölkə əhalisinin etrazlarına rəğmən , böyük əksəriyyəyinin, Merkelin qərarı ilə Almaniyaya yerləşdirilməsini tənqid edirdi.

İndi isə Mers hesab edir ki, Suriyada, Liviyada baş vetənlərə görə məsuliyyət məhz Rusiyanın- Putinin üzərinə düşür. Amma nədənsə ABŞ -ın, Böyük Britaniyanın, Fransanın, elə Almaniyanın rolu yada düşmür.

Bir sözlə əslində dünyada baş verən hadisələrdə aparıcı dövlətlərin rolu və səbəblərı hamıya aydındı. Günahları bir-birinin üzərinə atmaqla deyil. Məsələ "yorğan davasıdı".

 

Rüstəm HACIYEV