adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Sentyabr 2020 11:20
49684
İDMAN
A- A+

İtaliyalı futbol hakimi və sevgilisi öldürüldü

Futbol hakimi Daniele De Santis öldürülüb.

Bu barədə “La Repubblica” məlumat yayıb.

Hadisə ölən şəxsin Leççedəki evində baş verib. 33 yaşlı hakim və sevgilisi 30 yaşlı Eleonoranın cəsədləri sentyabrın 21-də tapılıb.

Qonşuların sözlərinə görə, hadisədən əvvəl evdə dava olub, daha sonra cinayətkar cütlüyü bıçaqlayıb. Onlar, həmçinin, evdən əlində bıçaqla qaçan kişini gördüklərini də qeyd ediblər.

Qeyd edək ki, De Santis Seriya C və B-də 130-dan çox qarşılaşmada hakim olub.