adalet.az header logo
  • Bakı 12°C
22 Sentyabr 2020 15:21
77070
ANALİZ
A- A+

Şad görəcəyimiz ruhlar, yaxud qisasın bir addımlığında...

Hələ heç vaxt müharibəni bu günki qədər arzulamamışam... Daha dəqiq, son beş ildir, əbədi və əzəli düşmənimiz olan ermənilərin torpaqlarımızdan qovulmasını, Ordumuzun zəfər çalmasını, ayaqlar altında tapdalanmış qürurumuzun göylərə qalxmasını, bu torpaq uğrunda döyüşərək həlak olan şəhidlərimizin, sağlamlığını itirmiş, fiziki və mənəvi yaraya düçar olmuş döyüşçülərimizin qisasının alınmasını, pərən-pərən düşmüş Qarabağ ellərinin yurduna dönməsini hava-su kimi istəyirəm. Xocalının, Ağdabanın, Qaradağlının, Malbəylinin, Quşçuların, Daşaltı əməliyyatının, 20 noyabr faciəsinin, namusuna təcavüz edilmiş qızlarımızın, başının dərisi soyulmuş oğullarımızın, tonqallarda yandırılan uşaqlarımızın qisasını istəyirəm! Bu ləkə ilə daha artıq yaşamaq istəmirəm! Heç kim istəmir!

Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz olayları və nəhayət xalqın bu olaylara münasibətindən də anlaşılır ki, müharibəni bütün xalq suya həsrət təşnə kimi istəyir. Qisas hissi xalqın-millətin ruhuna çöküb.

Atəşkəs dövründə, yəni 26 ildə yüzlərlə şəhidimizin xatirəsini əbədiləşdirdik, onların adını məktəblərə, küçələrə parklara verdik, abidələr, memorial komplekslər, büst və heykəllər ucaltdıq. Məzarlarını gül-çiçəklərlə, əklillərlə bəzədik. Bütün bunlar yangımıza su tökmədi, sakitləşdirmədi bizi...

Sakitləşən oldumu?

Bəs , onda meyidini də tapa bilmədiyimiz igidlərin anasına nə cavab verək... Nə cavab verək, itkin düşmüş, 27 ildir nə dirisindən , nə ölüsündən xəbər çıxmayan Abbas Behbudovun anası Dilruba xalaya... Deyək, oğlunun qoxusu burnuna gələndə, qəlbin dolananda, gözün yaşla dolanda, harda get ağla, kimin qəbri üstə sızla? Nə deyək? Qisas almaq üçün, müharibə istəmək üçün tutarlı fakt deyilmi??

Kəndimizdən Qarabağ döyüşlərində iştirak edən Ələkbər Məmmədov vardı. Silaha sarılanda, şəhid olanda oğlunun heç 1 yaşı da yox idi. Həyat yoldaşı Yeganə xanım, necə deyərlər, saçının birini ağ, birini qara hörüb oğlunu böyütdü. Həyatını şəhidimizin yeganə yadigarına həsr etdi. Ailə xoşbəxtliyinin, ər çörəyinin nə olduğunu anlamadan yaşadı dünyasını, bynubükük... Bax, elə bu faktın qisası alınmalıdır!

Oğlu Seyfəddinin də hazırda 27 yaşı var, amma bir ömrü ata nəvazişi olmadan, başının üstündə ata nəfəsi duymadan yaşadı. Qonşu-qohum uşağlarının öz atasını görəndə atlanıb-düşməsini, sevincini xəlvətcə izləyə-izləyə, köks ötürə-ötürə yaşadı...

Ermənilərdən tək Ələkbərin yox, Yeganənin də, Seyfəddinin də qisası alınmalıdır!

 

Yenə də kəndimizdən olan Zabil. Bayram, səxavət, Yalçın, Murad, Soltan,Çingiz, Elman və başqaları vardı, igid, qoçaq, yaraşıqlı oğlanlar ... Şəhid olanda hamısı subay idi. Onların heç biri ailə qurmadı, uşaq yetişdirmədı, Düzdür, camaatımız onlarla qürur duydu, amma onları "nişanəsiz" deyə, boyunu sevib ağladı. Halbuki, onlar bu xalqa yetişdirəcəyi övladlarla necə böyük töhfə verərdilər!

Doğulmayacaq o, uşaqların qisası alınmalıdır!

 

Kəndimiz Baş Qərvənd işğal olunub. Ordan bizə qalan isə qəbiristanlığımız, birdə 2 para kəndimizdi. Yas məclislərimiz olanda həmin o para kəndlərdə- Baş Qərvənd kəndinin işğal olunmamış Ortaqərvənd və Ayaqqərvənd kəndlərində keçiririk. Ölümüzü isə Qərvənd qəbiristanlığında dəfn edirik. Camaatımızın təşəbbüsü ilə, gənclərimizin, qazi və veteranlarımızın dəstəyi ilə qəbiristanlıqda şəhidlərimizin xatirəsi əbədiləşdirilib. Hətta şəhidin xanımı Yeganə Məmmədova fəhləliklə qazandığı pulu, qəpik-qəik üst-üstə qoyub, həyat yoldaşı Ələkbər üçün "Şəhid bulağ" ıda tikdirib.

Bir sözlə, hamı əlindən gələni edir ki, vətən yolunda şəhid olan oğullara hörmət və ehtiramını bildirsin! Xalqımıza məxsus bir hiss, təqdiredici bir təşəbbüsdür!

Amma , xalq olaraq, millət olaraq bilirik ki, şəhidlərin ruhu o vaxt şad olacaq ki,onların qisası alınacaq, qanları yerdə qalmayacaq, yurdları düşmən tapdağından azad olacaq, cənnət Qarabağı ermənidən təmizlənəcək!

Müharibə istəyirəm! Qisas istəyirəm!

 

Əntiqə Rəşid

Digər Xəbərlər