adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Sentyabr 2020 19:44
23088
SAĞLAMLIQ
A- A+

Qonşu ölkədə koronavirusa rekord yoluxma

İranda koronavirusa gün ərzində rekord yoluxma qeydə alınıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, ölkədə sutka ərzində 3 712 nəfər koronavirusa yoluxub.

Bunun virusun yayıldığından bəri ən yüksək göstərici olduğu bildirilir.

Gün ərzində virusdan 178 nəfərin öldüyü qeyd olunur.

İranda bu vaxta qədər 429 193 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan 24 656 nəfər ölüb, 363 737 nəfər isə sağalıb.