adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Sentyabr 2020 20:14
27199
İDMAN
A- A+

Beylin agenti: “Real”ın azarkeşləri özlərini rüsvayçı apardılar, klub isə kömək etmədi”

“Tottenhem”in hücumçusu Qaret Beylin agenti Conatan Barnett futbolçunun Madrid “Real”ına qayıtması ehtimalına münasibət bildirib.

Bu barədə BBC məlumat yayıb.

“Ümid edirəm ki, Qaretin “Real”a qayıtması məsələsi açılmayacaq. O, “Tottenhem”də uğura nail olacaq və orada qalmaq istəyəcək, yerdə qalan formallıqları yoluna qoymaq isə çətin deyil. Ümidvaram ki, o öz futbol sevgisini qaytaracaq və bacardığı kimi oynayacaq. Hər şey ondan asılıdır. Beyl yoxlanışa gəlməyib.

Beyl sərhəddən kənarda istənilən britaniyalı futbolçudan daha çoxuna nail olub, odur ki, onunla bağlı hər şey yaxşı olacaq. Qaretin bu nəhəng kluba verdiklərini nəzərə alsaq, “Real”da ona qarşı düzgün davranılmadı. Yeddi il və bütün nailiyyətlərdən sonra ona daha yaxşı davranılmalı idi, ancaq heç kimi günahlandırmaq istəmirəm. Düşünürəm ki, azarkeşlər özlərini rüsvayçı şəkildə apardılar, klub isə heç cür Qaretə yardım etmədi”, - deyə Barnet bildirib.