adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Sentyabr 2020 20:33
35679
ELM VƏ TƏHSİL
A- A+

Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA

“Yüksəliş” müsabiqəsinin əyani imtahan mərhələsinin oktyabrda keçirilməsi nəzərdə tutulur.

Bunu Oxu.Az-a açıqlamasında “Yüksəliş” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva bildirib.

O qeyd edib ki, imtahan gələn ayın ilk həftəsində keçirilə bilər:

“Yaxın günlərdə dəqiq tarix bilinəcək”.

A.Əliyeva əlavə edib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır:

“Yekun rəyi gözləyirik”.

Qeyd edək ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayan ikinci imtahanında 24 mərkəzdən beşində qidadan zəhərlənmə halı qeydə alınıb.