adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Sentyabr 2020 22:40
17363
GÜNDƏM
A- A+

Ekspertdən Ordu ilə bağlı çağırış: Diqqətli olun!

Mətbuatda informasiya siyasətini aparan adamlar çox gözəl anlayır ki, indiki şəraitdə yalnız xalq, ordu və qələbənin təmin olunması barədə yazılmalıdır.

Bunu Axar.az-a media eksperti Qulu Məhərrəmli son günlər sosial şəbəkə və bəzi saytlarda ordu ilə bağlı məxfi saxlanılması lazım olan sirlərin paylaşılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xüsusilə cəbhə bölgəsində həssas məqam yarandığı zaman buna diqqət artırılmalıdır:

“Belə zamanlarda əsas məsələ ölkənin təhlükəsizliyi, orduya etimadın artırılması və bununla bağlı xoş, aydın təsəvvürlərin yaradılmasıdır. Bu tendensiya bütün dünyada belə qəbul edilib. İndiki şəraitdə mətbuatda Orduyla bağlı mənfi fikirlərə, yazılara rast gəlməmişəm. Hərdən KİV-də Müdafiə Nazirliyinə qarşı iradlar olur. Hesab edirəm ki, indiki məqamda bu da arxa plana keçməlidir. Sosial şəbəkələrdə bəzi anonim profillər var. Bu səhifələr düşmən tərəfinin apardığı psixoloji müharibənin məhsullarıdır. Həmin profillər Ordu haqqında insanların inamını sarsıtmaq üçün yaradılır. Həm jurnalistlər, həm sosial şəbəkə istifadəçiləri bu məsələdə diqqətli olmalıdır. Məsuliyyət ilk növbədə informasiya ilə məşğul olan insanların, o cümlədən jurnalistlərin üzərinə düşür. Onlar düşünülmüş, ayıq və nümunəvi münasibət sərgiləməlidir. Ordu, hərbi hazırlıq və əhalinin psixoloji durumuyla bağlı məsələləri işıqlandıran zaman həddindən artıq ehtiyatlı və obyektiv olmaq lazımdır”.