adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Sentyabr 2020 23:10
27103
DÜNYA
A- A+

Narışkin təhdid etdi: Soyuq qış öncəsi düşünün!

Vaşinqton üçün Şimal Axını-2 layihəsinin qapadılması həddən artıq vacibdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Amerikalılar açıq təhdidlərlə bərabər, Avropa ölkələrində fərqli məxfi kanallarla Şimal Axını 2-nin tikintisinin dayandırılması tələbi ilə kampaniya başladıblar. Bu layihənin Polşa, Litva, Latviya, Estoniya və Ukrayna tərəfindən hücumlara məruz qalması təəccüblü deyil. Onlar Vaşinqtona özlərinin yararlı olduğunu nümayiş etdirməyə cəhd edirlər”, – deyə o bildirib.

Narışkin Avropa Birliyində soyuq qış öncəsi sağlam məntiqin olacağına ümid etdiyini söyləyib.