adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2020 10:25
58871
ŞOU-BİZNES
A- A+

Bülən Ərsoyu "kloun" qirimindən çıxaran stilist Anar...

Artıq 40 ildir ki, Türkiyənin sevilən Divası gözümüz qarşısındadır və oxuduğu mahnılarlar qəlbimizi ovsunlayır. Səsinə, ortaya qoyduğu performansa söz, nöqsan ola bilməz. Amma siz də razılaşarsınız ki heç vaxt Bülən xanımın stilisti onu normal şəkildə bəzəmədi. Çünki müğənni qarşımıza çox zaman klounların üz-makiyaj qrimi ilə çıxıbdır .Və ilk dəfə deyə bilərik ki, Bülənt Ərsoy izləyənlərinin qarşısına normal eyni zamanda, müğənni kloundan çox özünə oxşadan makiyajda çıxdı . Bunu azərbaycanlı stilist bacardı.

Adalet.az xəbər verir ki, stilist Anar Ağakişiyev bu dəfə Türkiyənin məşhur ifaçısı Bülənt Ərsoyu makiyaj edərək kökündən dəyişib.

Hazırda İstanbulda olan Ağakişiyev ifaçını tamam fərqli stildə bəzədiyi üçün izləyicilər ona xoş sözlər söyləyib.

Eyni zamanda Ərsoy da Anarın makiyajına təriflər yağdırıb.

Qeyd edək ki, Anar Azərbaycanda olarkən bir sıra müğənniləri stilistik xidmət göstərmiş və onları inanılmaz dərəcədə dəyişdirmişdi

 

Əntiqə Rəşid